“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

A- A A+

Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi məlum olub.

NUHÇIXAN Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə niderlandlı mütəxəssis Con van Şip gətirilib. Yaxın günlərdə çalışdırıcı ilə rəsmi müqavilə imzalanacaq.

Con van Şip məşqçilik fəaliyyətinə "Ayaks" klubunda başlayıb. O, müxtəlif illərdə Amsterdam təmsilçisi ilə yanaşı, "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" komandalarını çalışdırıb. Niderlandlı mütəxəssis 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub. Milli komandalar səviyyəsində isə Yunanıstan və Ermənistan yığmalarına rəhbərlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: