Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

A- A A+

Türkiyənin “Ərzurumspor” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Mərasimdə Ərzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: