İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Ronald Arauxonu icarəyə götürməyə yaxındır.
NUHÇIXAN xəbər verir ku, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında şifahi razılaşma əldə olunub. "Barselona"nın idman direktoru Deku 27 yaşlı Uruqvay millisinin üzvünün birillik icarəyə verilməsinə razılıq verib.
Qeyd edək ki, Ronald Arauxo 2025/2026 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 38 oyun keçirib və 4 qol vurub.
