Qrossmeysterlər azyaşlı şahmatçılar üçün seans keçiblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qrossmeysterləri azyaşlı şahmatçılar üçün seans keçiblər.
Festivalın baş hakimi Faiq Həsənov seans görüşlərinin əhəmiyyəti barədə danışıb. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov seans görüşlərinin məktəbli şahmatçılarımız üçün faydalı olacağına inandığını bildirərək iştirakçılara uğurlar arzulayıb.
Daha sonra seans start götürüb. Muxtar Respublika Stadionunda 96 şahmat taxtasında 96 məktəblinin iştirakı ilə maraqlı görüşlər baş tutub.
Seansda qrossmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Fərid Abbasov, Vladislav Kavalyov, Aleksey Aleksandrov, Əmirrəza Purramazanəli, Vasillios Kotronias, Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xanım Balacayeva və Günay Məmmədzadə eyni anda bir neçə məktəbli ilə şahmat oynayıblar.
Emil Səmədov