İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş karyerasını "Arsenal"da davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin 28 yaşlı üzvü "topçular"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb. Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu keçid "Arsenal"a 87 milyon avroya başa gəlib.
