PSJ Dzion Sudzukinin transferi üçün 36 milyon avro ödəməyə razıdır

A- A A+

Fransanın PSJ klubu İtaliyanın "Parma" komandasının qapıçısı Dzion Sudzukini transfer etmək üçün 36 milyon avro ödəməyə hazırdır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə insayder Nikolo Şira özünün "X" səhifəsində yazıb.

Fransa təmsilçisi tərəfindən 23 yaşlı yaponiyalı qolkiperə müqaviləsinin müddəti 2031-ci ilə qədər olan sözləşmə təklif olunub.

Yaponiyalı qapıçının İtaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Qeyd edək ki, D.Sudzuki 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 22 matçda 30 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. O, DÇ-2026-da 4 matçda meydanda olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: