Türkiyənin "Trabzonspor" komandası heyətini daha bir ulduz futbolçu ilə gücləndirir.
NUHÇIXAN "BEİN Sports"a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Darvin Nunyeslə anlaşıb. Uruqvaylı forvard avqustun 12-də Türkiyəyə gələrək, 1 illik icarə müqaviləsinə imza atacaq.
Nunyes daha əvvəl “Benfika” və “Liverpul” kimi tanınmış klubların formasını geyinib.
Qeyd edək ki, “Trabzonspor” bir neçə gün öncə Məhəmməd Salahla 2 illik müqavilə bağlayıb.
