"İnter" hücumçu Mussa Diabini heyətinə qatmağı planlaşdırıb

A- A A+

İtaliyanın "İnter" klubu Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının hücumçusu Mussa Diabini heyətinə qatmağı planlaşdırıb.

NUHÇIXAN "Sky Sport Italia"ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün yeni təklif hazırlayıb.

Sövdələşmənin məbləği 20 milyon avrodan çoxdur.

Qeyd edək ki, M.Diabi 2025/2026 mövsümündə keçirdiyi 31 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. 2024-cü ilin iyulundan Səudiyyə Ərəbistanı təmsilçisində çıxış edən futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: