Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununun yeri dəyişdirilib.
Bu barədə NUHÇIXAN-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
Bildirilib ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da təşkil olunacaq.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
