"Araz-Naxçıvan" Bosniya və Herseqovinadan olan Boyan Letiçi transfer edib

A- A A+

"Araz-Naxçıvan" Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

33 yaşlı futbolçu 2026/2027 mövsümündə "qırmızı-ağlar"ın formasını geyinəcək.

Sol cinah müdafiəçisinin son klubu "Sabah" olub. O, müxtəlif illərdə "Kozara Qradişka", "Borac Şamaç", "Velej Mostar", "Karvina", "Sarayevo", "Radniçki Niş" və "Mirandeş" klublarında da forma geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: