Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) ən bahalı 20 yaşınadək futbolçuların adlarını açıqlayıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıda birinci yeri Almaniyanın “Borussiya Dortmund” klubunun 19 yaşlı yarımmüdafiəçisi Jadon Sanço var. CIES ingiltərəli yarımmüdafiəçini 150,3 milyon avro dəyərində qiymətləndirib. İkinci yerdə “Arsenal”ın 20 yaşlı fransalı yarımmüdafiəçisi Matteo Genduzi qərarlaşıb. Fransalı yarımmüdafiəçinin dəyəri 70,1 milyon avrodur. Siyahıda ilk üçlüyü İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Nikolo Zaniolo tamamlayıb. Onun dəyəri 67,4 milyon avro qiymətləndirilib.
J.Sanço cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 40 oyunda 12 qol vurub.