“Sabah” Çempionlar Liqasında cavab oyununa çıxır

A- A A+

"Sabah" klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edəcək.

“Bank Respublika Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilmiş ilk görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: