11 il əvvəl Türkiyənin "Fənərbaxça" futbol klubunun avtobusuna silahlı hücumla bağlı 5 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.
Qeyd edək ki, 11 il əvvəl Türkiyədə "Fənərbaxça"nın avtobusuna silahlı hücum olub. Hadisə "Çaykur Rizəspor" oyunundan sonra Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bu ilin may ayında ədliyyə naziri Akın Gürlekin tapşırığı ilə 4 aprel 2015-ci ildə "Fənərbaxça" futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.
