“Çelsi” qapıçısını Fransa klubuna icarəyə verib

A- A A+

İngiltərənin “Çelsi” klubunun qapıçısı Filip Yorgensen Fransanın “Strasburq” komandasına icarəyə verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Danimarkalı qapıçı mövsümün sonunadək Liqa 1 klubunda çıxış edəcək.

Qeyd edək ki, “Strasburq” klubunun sahibi “Çelsi”nin də daxil olduğu “BlueCo” konsorsiumudur.

Filip Yorgensen 2024-cü ildən “Çelsi”də çıxış edir. O, ötən mövsüm London klubunun heyətində 12 oyuna çıxıb və 17 qol buraxıb. Qolkiper həmin görüşlərin ikisində qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: