PSJ Yaponiya millisinin qapıçısı ilə anlaşıb

A- A A+

Fransanın PSJ klubu İtaliyanın “Parma” komandasında çıxış edən Yaponiya millisinin qapıçısı Zion Suzuki ilə anlaşıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun szörlərinə görə, Paris təmsilçisi 23 yaşlı qolkiperin transferi üçün qarşı tərəflə 35 milyon avro qarşılığında razılıq əldə edib.

PSJ futbolçunun daha çox oyun praktikası qazanmağı üçün onu icarəyə verməyi nəzərdən keçirir. Bu baxımdan əsas namizədlərdən biri İtaliyanın “Yuventus” klubudur.

Zion Suzuki ötən mövsüm “Parma”nın heyətində A Seriyasında 20 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 28 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.

Yaponiyalı qolkiper bu il ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında isə 4 oyunda meydana çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: