"Neftçi" Azərbaycan milli komandasının aparıcı basketbolçularından olan Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, 1,94 metr boya malik hücumçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.
Ötən mövsüm "Gəncə" klubunun şərəfini qoruyan 24 yaşlı basketbolçu Azərbaycan millisinin üzvü kimi beynəlxalq arenalarda, o cümlədən “Avro-2029”un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.
