İspaniyanın "Sevilya" klubu İsveçin "Sirius" komandasından şotlandiyalı hücumçu Robbi Yuru transfer edib.
NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı forvardla 2031-ci ilə qədər müqavilə imzalanıb.
O, 2026 mövsümündə İsveç çempionatında keçirdiyi 15 matçda 15 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, 2025-ci ildən "Sirius"da oynayan futbolçu daha əvvəl Şotlandiyanın "Reyncers" və Belçikanın "Anderlext" komandalarının da formasını geyinib.
