Fransanın PSJ klubu UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” komandasına qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini açıqlayıb.
NUHÇIXAN Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionunun Avropa futbol qurumuna təqdim etdiyi siyahıda 24 futbolçunun adı yer alıb.
Qapıçılar: Alessandro Lonqoni, Luka Şevalye, Matvey Safonov;
Müdafiəçilər: Əşrəf Hakimi, Lukas Beraldo, Markinyos (kapitan), İlya Zabarnı, Luka Din, Luka Ernandes, Nunu Mendeş, Villian Paço;
Yarımmüdafiəçilər: Fabian Ruis, Manyes Akliuş, Vitinya, Senni Meyulyu, Dro Fernandes, Varren Zair-Emeri, Joau Neveş;
Hücumçular: Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due, Bredli Barkolya, Kenten Ncantu, İbrahim Mbaye.
PSJ tarixində üçüncü dəfə UEFA Superkuboku uğrunda mübarizə aparacaq. Paris klubu 1996-cı ildə “Yuventus”a iki oyunun (1:6, 1:3) nəticəsinə əsasən məğlub olub. Fransa klubu ötən il isə Superkuboka sahib çıxıb. Paris klubu İngiltərə “Tottenhem”i ilə əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında (4:3) rəqibinə qalib gəlib. “Aston Villa” isə UEFA Superkubokunu 1982-ci ildə qazanıb. İngiltərə klubu həmin vaxt İspaniyanın “Barselona” komandasını iki oyunun (0:1, 3:0) nəticəsinə əsasən üstələyərək, titulu başı üzərinə qaldırıb.
PSJ UEFA Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının son qalibidir.
Qeyd edək ki, UEFA Superkuboku uğrunda PSJ–“Aston Villa” oyunu avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
