Şahmatçıların “Əcnəbilər” komandası futzal birinciliyinin qalibi olub

A- A A+

Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində futzal birinciliyi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, birincilikdə “Hakimlər”, “Əcnəbilər”, “Naxçıvan şahmatçıları” və “Naxçıvan” komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən birinciliyin final qarşılaşmasında qonaqlardan ibarət komanda ilə “Naxçıvan” komandası üz-üzə gəlib. Görüş əcnəbilərin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə isə ədalət təmsilçiləri naxçıvanlı zəka sahiblərinə məğlub olublar – 1:4.

Sonda qalib komanda plaket və kubokla, digər qaliblər isə plaketlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: