Avqustun 11-də UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, matçların nəticələrinə əsasən, pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib. Azərbaycan çempionu “Sabah” növbəti mərhələdə İsrailin "Hapoel" (Ber-Şeva) komandası ilə qarşılaşacaq.
Çempionlar Liqasının 2026/2027 mövsümünün təsnifat mərhələsinin pley-off cütlükləri:
“Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa)
“NEK Neymegen” (Niderland) - “Budyö-Qlimt” (Norveç)
“Hapoel” (Ber-Şeva, İsrail) – “Sabah” (Azərbaycan)
“Slovan” (Slovakiya) - “Selye” (Sloveniya)
“Seltik” (Şotlandiya) - LASK (Avstriya)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Vikinq” (Norveç)
“Levski” (Bolqarıstan) - AEK (Yunanıstan).
Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 18--19-da, cavab matçları isə 25-26-da keçiriləcək. Qaliblər Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar.
