Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirəcək görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunacaq.
Matçın baş hakimi Somalidən olan FIFA referisi Ömər Abdulkadir Artan olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının son qalibidir.
Paris təmsilçisi tarixində üçüncü dəfə UEFA Superkuboku uğrunda mübarizə aparacaq. PSJ sonuncu dəfə ötən il Superkuboka sahib çıxıb. “Aston Villa” isə həmin titulu 1982-ci ildə qazanıb.
