“Çelsi” ispaniyalı futbolçunun transferini elan edib

A- A A+

İspaniyalı futbolçu Pep Çavarriya İngiltərənin “Çelsi” klubuna keçib.

NUHÇIXAN London klubunun rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçini İspaniyanın “Rayo Valyekano” komandasından heyətinə qatdığını açıqlayıb.

Futbolçu ilə “Stemford Bric” stadionunda 2031-ci ilə qədər müqavilə imzalanıb. O, tezliklə yeni komandasında məşqlərə başlayacaq. 28 yaşlı oyunçunun transfer qiyməti 19 milyon avrodur.

Qeyd edək ki, Pep Çavarriya 2025/2026-cı illər mövsümündə İspaniya çempionatında 33 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Konfrans Liqasında 8 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: