"Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb

A- A A+

Türkiyənin "Fənərbağça" klubu Romelu Lukakunun keçidini açıqlayıb.

NUHÇIXAN İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 33 futbolçu bu gün Bakı vaxt ilə saat 23:00-da Türkiyədə olacaq.

Ulduz hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

"Fənərbağça" İtaliyanın "Napoli" klubu ilə 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıb.

Qeyd edək ki, Romelu Lukaku karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi komandalarda çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: