Xavi Niderland yığmasının baş məşqçisi təyin edilib

A- A A+

İspaniyalı mütəxəssis Xavi futbol üzrə Niderland yığmasının baş məşqçisi olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssislə müqavilə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulub.

Bu postda Xavi komandanın DÇ-2026-nın 1/16 finalındakı məğlubiyyətindən sonra istefaya gedən Ronald Kumanı əvəz edib.

2021-ci ildən 2024-cü ilə qədər Xavi "Barselona"nın baş məşqçisi postunu tutub. Onun rəhbərliyi altında Kataloniya komandası İspaniya çempionatını və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl mütəxəssis Qətərin "Əl-Sədd" komandasını çalışdırıb. O, İspaniyanın bütün dövrlərinin ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: