“Sabah” Çempionlar Liqasında mübarizəni davam etdirən ən gənc klubdur

A- A A+

“Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının pley-off iştirakçıları və əsas mərhələyə vəsiqəni təmin etmiş komandalar arasında ən gənc tarixə malik klubdur.

NUHÇIXAN xəbər verir ki, 2017-ci il sentyabrın 8-də təsis edilmiş komandanın cəmi 9 yaşı var.

Bundan başqa, “bayquşlar” Azərbaycan təmsilçiləri arasında Çempionlar Liqasında mübarizəyə I təsnifat raundundan başlayıb 3 mərhələ keçən ilk klubdur.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçı isə 25-də Bakıda keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: