Azərbaycan klubu Polşa voleybolunun əfsanəsini transfer edib

A- A A+

Azərbaycan Yüksək Liqasında çıxış edən “Ordu” voleybol komandası növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Bakı təmsilçisi Polşa voleybolunun əfsanəsi Mixal Kubyakı transfer edib.

Qeyd edək ki, Kubyak uzun illər Polşa millisinin kapitanı olub. O, 2014 və 2018-ci illərdə yığmanın heyətində dünya çempionluğunu qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: