Yeni mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı hücumçu karyerası ərzində qazandığı uğurları ilə diqqət çəkib. Basketbolçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Turğut sonuncu mövsüm "Gəncə"də çıxış edib.
