“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

A- A A+

İngiltərənin “Mançester Siti” klubu argentinalı futbolçu Enzo Fernandesin transferi ilə bağlı “Çelsi”yə təklif göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, “şəhərlilər” Argentina millisinin yarımmüdafiəçisinə görə London klubuna 120 milyon avro təklif edib. “Çelsi” isə qarşı tərəfdən 140 milyon avro tələb edir.

Qeyd edək ki, Enzo Fernandes 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 36 matçda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu Çempionlar Liqasında isə 10 oyuna 3 qol və 2 assistlə yadda qalıb. Fernandes bu yay ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında isə 7 matç keçirib və 2 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: