“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

A- A A+

Türkiyənin “Fənərbağça” komandası futbolçusu Fredlə vidalaşıb.

NUHÇIXAN “BEİN Sports”a istinadən xəbər verir ki, İstanbul klubu 33 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Artıq bu barədə Türkiyə Futbol Federasiyasına da məlumat verilib.

Qeyd edək ki, Braziliya millisinin sabiq yarımmüdafiəçisi “Fənərbağça”ya 2023-cü ildə İngiltərənin “Mançester Yunayted” klubundan keçmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: