Futbol turnirinə yekun vurulub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbər görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş futbol üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Final görüşündə “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Görüş “Araz-Naxçıvan” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mükafatlandırma mərasimindən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir, bu sahənin inkişafına davamlı qayğı göstərilir. Naxçıvanda yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına zəmin yaradır. Mövcud infrastruktur, eyni zamanda, uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev deyib ki, muxtar respublikanın hər yerində, o cümlədən  kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin olması, eyni zamanda, yeni stadionların yaradılması gənclərin idmana marağını artırır.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Kəngərli rayonunda istifadəyə verilən yeni stadionda final görüşünün keçirilməsinin  rayonun yubileyinə növbəti hədiyyə olduğunu qeyd edib. Sonda final iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qalib komandaya isə kubok təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: