İdman yarışlarında bir ilk - FOTOLAR

A- A A+

Muxtar respublikamızda ilk dəfə olaraq süni divara dırmanma idman növü üzrə birincilik keçirilib.

NUHÇIXAN xəbər verir ki, birincilik başlamazdan əvvəl federasiya tərəfindən muxtar respublikamıza dəvət olunan  mütəxəssis və məşqçilər iştirakçıların tam təhlükəsizliyinin təmin olunması məqsədilə bu idman növünün qaydaları ilə bağlı ətraflı məlumat verib. İdmançılara ip düyünləri və digər alətlərdən istifadə qaydalarını əyani şəkildə çatdırıblar.

Sonra birinciliyə start verilib. Yarışda Naxçıvan şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrindən 60-a yaxın oğlan və qız iştirakçı mübarizə aparıb. Maraqlı keçən birinciliyin nəticələrinə əsasən oğlanlar arasında Cavid Qasımov, Xızı İsmayılov və Coşqun Əliyev müvafiq olaraq ilk 3 yerin sahibi olublar.

Qızların mübarizəsində isə süni divarı hamıdan tez qət edən Fizzə Tağıyeva birinci yerə layiq görülüb. İlahə Babayeva ikinci, Cansu Abbasova isə üçüncü yerlə kifayətlənməli olub.

Sonda Gənclər və İdman naziri və Hava və Ekstremal idman növləri federasiyasının sədri tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olunub.

                  Elvir Qasımzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: