Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab açılmayıb - 0:0.

Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coy-Lens Mikels və Ksander Severina vurublar.

Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: