2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.
NUHÇIXAN-ın məlumatına görə, o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub.
İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14:40,64 nəticə ilə almaniyalı Oliver Klement tutub.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Kurtis bu məsafəni 26,63 saniyəyə qət edib. Avropa çempionatı avqustun 16-da başa çatacaq.
