"Мilan" portuqaliyalı hücumçu Rafael Leau üçün 40 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə insayder Nikola Skira məlumat verib.
Onun sözlərinə görə, Leau artıq İtaliya klubunda toxunulmaz futbolçu hesab edilmir. "Milan" rəhbərliyi 27 yaşlı futbolçu ilə bağlı konkret təkliflər gözləyir. Leau 2019-cu ildən "Milan"da çıxış edir. Bu müddətdə o, 293 oyunda 80 qol vurub və 55 məhsuldar ötürmə edib.
Portuqaliyalı futbolçu may ayında bu yay klubdan ayrılmaq niyyətində olduğunu açıqlayıb. Son həftələrdə KİV onunla "Qalatasaray"ın maraqlandığını yazıb. Leaunun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
