Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, 41 yaşlı portuqaliyalı hücumçu artıq gələcəyi ilə bağlı qərar verdiyini bildirib.
Təcrübəli forvard deyib ki, bu, onun peşəkar futbolçu karyerasında sonuncu ilidir: "Bu, yəqin ki, futbolda son ilimdir və mən böyük bir miras qoymaq istəyirəm. Gələcəyimi tamamilə planlaşdırmışam”
Qeyd edək ki, Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını bitirib.
Hazırda 976 qolu olan forvard 1000 qol hədəfinə çatmaq istəyir. Bunun üçün ona cəmi 24 qol lazımdır.
