“Latsio” İtaliya Kubokunun ilk mərhələsində mübarizəni dayandırıb.
NUHÇIXAN xəbər verir ki, paytaxt təmsilçisi 1/32 finalda B Seriyasında çıxış edən “Mantova”ya 0:2 hesabı ilə məğlub olub.
Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb. Françesko Ruokko “Mantova”nı önə keçirib. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə İsmael Kayatso fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, görüş Cennaro Qattuzonun Roma klubunun baş məşqçisi kimi ilk oyunu olub.
Xatırladaq ki, “Latsio” ötən mövsüm İtaliya Kubokunun finalında çıxış edib.
