"Neftçi" basketbol komandası heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, Bakı təmsilçisi Azərbaycan millisinin 19 yaşlı üzvü Derin Berközlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Gənc müdafiəçinin son klubu NTD komandası olub.
