“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

A- A A+

İtaliyanın “Yuventus” klubu İngiltərənin “Tottenhem” komandasında çıxış edən və İtaliya millisinin qapıçısı Qulyelmo Vikarionun transferi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib.

NUHÇIXAN xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Turin təmsilçisi 29 yaşlı qolkiperin icarəyə götürülməsi və mövsümün sonunda 10 milyon avroya transfer hüququnun alınması barədə razılığa gəlib. Transferin baş tutması üçün son qərarı futbolçunun özü verməlidir.

Qeyd olunur ki, Vikarionun xidmətində digər İtaliya klubu “İnter” də maraqlı olub.

Qulyelmo Vikario ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 43 matç keçirib və bu qarşılaşmalarda 65 qol buraxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: