Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

A- A A+

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə keçirilmiş cavab oyununda (2:0) zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.

Klubdan NUHÇIXAN-a bildirilib ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Futbolçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: