Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubuna keçib

A- A A+

Frankfurt "Ayntraxt"ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubu ilə müqavilə imzalayıb.

NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.

M.Batşuayi 2025-ci ilin fevralından Almaniyanın "Ayntraxt" klubunda çıxış edib və keçirdiyi 21 matçda 4 qol vurub.

Qeyd edək ki, o, karyerası ərzində Türkiyənin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Marsel" və Belçikanın "Standard" komandalarının da formasını geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: