“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq - FOTOLAR

A- A A+

“Sabah” basketbol komandası yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçirəcək.

Klubdan NUHÇIXAN-a bildirilib ki, avqustun 23-dən sentyabrın 14-dək davam edəcək hazırlıq prosesində Bakı təmsilçisi Avropanın müxtəlif klub turnirlərində iştirak edən Litva komandaları ilə yoxlama oyunları keçirəcək.

“Sabah” avqustun 26-da Çempionlar Liqasında çıxış edən “Yuventus Utena”, avqustun 29-da Avropa Kubokunun iştirakçısı “Şyaulyay”, sentyabrın 3-də “London Lyons” (Böyük Britaniya), sentyabrın 6-da isə Avroliqada mübarizə aparan “Jalqiris”lə qarşılaşacaq.

Təlim-məşq toplanışı sentyabrın 12-13-də Klaypedada keçiriləcək “Vladas Garastas” Kuboku ilə yekunlaşacaq. “Sabah” turnirin yarımfinalında yerli “Neptunas” klubu ilə üz-üzə gələcək. Digər yarımfinal qarşılaşmasında “Zelli Riqa” (Avstriya) və “Şyaulyay” komandaları qarşılaşacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: