Portuqaliyanın "Benfika" klubu Almaniyanın "Bavariya" komandasının yarımmüdafiəçisi Juan Palinyanı transfer etmək üçün 15 milyon avro təklif edib.
NUHÇIXAN "A Bola"ya istinadən xəbər verir ki, Lissabon təmsilçisi 31 yaşlı dayaq yarımmüdafiəçisinin transferi üzrə danışıqları yaxın vaxtlarda yekunlaşdırmağı planlaşdırır.
Münhen klubu bonuslar şəklində daha 5 milyon avro qazana bilər. "Benfika" futbolçunun özü ilə 2030-cu ilədək müqavilə barədə ilkin razılıq əldə edib. Palinyanın illik məvacibi vergilər çıxılmaqla təxminən 3 milyon avro təşkil edəcək.
İngiltərənin "Nyukasl" klubu da futbolçu ilə maraqlanır. Lakin Lissabon təmsilçisi oyunçunun Portuqaliyaya qayıtmaq, ailəsinə yaxın olmaq istəyi və baş məşqçi Marku Silva ilə yaxşı münasibətləri sayəsində bu transferi reallaşdıracağına inanır.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2025/2026 mövsümündə icarə əsasında "Tottenhem"də çıxış edib. O, keçirdiyi 45 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
