İstanbulun “Qalatasaray” futbol klubu İngiltərənin “Fulhem” komandasının hücumçusu Rayan Babellə razılaşıb.
NUHÇIXAN “NTV Spor”a istinadla xəbər verir ki, klub 32 yaşlı hollandiyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. İstanbul təmsilçisinin Babellə yeni müqaviləsinə əsasən, futbolçu 3 il ərzində 10 milyon avro əldə edəcək.
Qeyd edək ki, hollandiyalı hücumçu qış transfer pəncərəsində “Beşiktaş”dan “Fulhem”ə transfer olunub. O, “Beşiktaş”ın heyətində keçirdiyi 86 oyunda 29 qol vurub və 12 məhsuldar ötürmə edib.