“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

A- A A+

İtaliyanın “Roma” komandası Rodriqo Moranı Portuqaliyanın “Portu” klubundan transfer edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Romanın eyniadlı klubu rəsmi saytında məlumat yayıb.

“Canavarlar” 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin transfer məbləği 25 milyon avro təşkil edib. O, yeni komandasında 86 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rodriqo Mora “Portu”nun əsas komandasında 80 oyuna çıxıb və 16 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: