Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

A- A A+

İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Luka Modriçin qızı Ema klubun akademiyasına transfer olunub.

NUHÇIXAN xəbər verir ki, 13 yaşlı futbolçu Madrid təmsilçisinin qadınlardan ibarət aşağı yaş qruplarında çıxış edəcək.

Ema Modriç daha əvvəl atasının hazırda çıxış etdiyi “Milan” klubunun akademiyasında oynayıb.

Qeyd edək ki, Luka Modriç 2012-2025-ci illərdə “Real Madrid”in formasını geyinib. 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi ötən il “Milan”a keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: