Avstraliyalı tennisçi Nik Kiryos dopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb

A- A A+

Avstraliyalı tennisçi Nik Kiryos dopinq-testinin müsbət nəticə verməsinə görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

NUHÇIXAN "The Telegraph"a istinadən xəbər verir ki, 31 yaşlı idmançının 2026-cı ilin iyununda Malyorkadakı turnirdə götürülmüş analizində kokain metaboliti aşkar olunub.

İyulun 17-də təsdiqlənən analizin nəticəsindən sonra Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) avqustun 4-dən etibarən tennisçiyə müvəqqəti qadağa tətbiq edib və idmançı bu qərardan şikayət etməyib.

Məsələyə münasibət bildirən N.Kiryos böyük səhv etdiyini və baş verənlərə görə tam məsuliyyət daşıdığını söyləyib. O, azarkeşlərindən, ailəsindən, sponsorlarından, xüsusilə də onu izləyən uşaqlardan üzr istəyib.

31 yaşlı idmançı son iki ildə zədələrin ona həm fiziki, həm də mənəvi cəhətdən ciddi təsir göstərdiyini, karyerasının sonuna yaxınlaşması ilə barışmağın çətin olduğunu, bu səbəbdən bəzən özünü çarəsiz və tənha hiss etdiyini qeyd edib. Avstraliyalı tennisçi baş verənlərdən nəticə çıxaracağını, özünü qaydaya salmaq üçün 28 gün ərzində sosial şəbəkələrdən və ictimai həyatdan uzaqlaşacağını söyləyib. Həmçinin ictimaiyyətdən özünün və ailəsinin şəxsi həyatına hörmətlə yanaşılmasını da xahiş edib.

Qeyd edək ki, Uimbldon-2022-nin finalçısı olan Nik Kiryos hazırda dünya reytinqində 919-cu pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: