İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

A- A A+

Formula 1 üzrə dünya çempionatında çıxış edən “Uilyams” komandası ispaniyalı pilot Karlos Saynsla yeni müqavilə imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sözləşmənin müddəti açıqlanmasa da, tərəflər arasında çoxillik razılaşmanın əldə olunduğu bildirilib.

Sayns komandanın inkişafına inandığını və “Uilyams”ı yenidən layiq olduğu mövqeyə qaytarmaq üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, “Uilyams” daha əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqaviləni yeniləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: