Fransanın "Nitsa" klubunun yeni transferi Aksel Vitsel bu komandanın karyerasında sonuncu olacağını istisna etməyib.
NUHÇIXAN "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı belçikalı yarımmüdafiəçi karyerasını məhz "Nitsa"da bitirmək niyyətində olduğunu bildirib.
Təcrübəli futbolçu Fransa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayıb.
Qeyd edək ki, A.Vitsel karyerası ərzində "Standard" (Belçika), "Benfika" (Portuqaliya), "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Atletiko" (İspaniya) və "Tyantszin Teda" (Çin) klublarının da formasını geyinib.
