Dünya tennisinin 1 nömrəsindən gözlənilməz məğlubiyyət

A- A A+

Dünya reytinqində 1-ci pillədə qərarlaşan belaruslu tennisçi Arina Sabalenka ABŞ-nin Sinsinnati şəhərində keçirilən WTA-1000 turnirində 1/4 finala yüksələ bilməyib.

NUHÇIXAN xəbər verir ki, tennisçi 4-cü turda dünya reytinqinin 35-cisi olan çexiyalı Sara Beylekə 0:2 hesabı ilə məğlub olub. Görüş 1 saat 57 dəqiqə davam edib.

Çexiyalı tennisçinin 1/4 finaldakı rəqibi ABŞ təmsilçisi Medison Kiz olacaq.

Qeyd edək ki, Sinsinnatidə keçirilən “minlik” turnirinin hazırkı qalibi isə İqa Şvyontekdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: