İngiltərənin "Arsenal" klubunun braziliyalı vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
NUHÇIXAN insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin cinah hücumçusu mövqeyi üçün hazırladığı 3 nəfərlik namizəd siyahısına braziliyalı futbolçu da daxil edilib.
Siyahıda yer alan oyunçulardan biri İngiltərənin "Çelsi" klubunda çıxış edən portuqaliyalı Pedru Netudur. Q.Martinelli karyerasını Avropada davam etdirməyə üstünlük versə də, "Əl-Hilal" onu prioritet seçəcəyi təqdirdə təklifi dəyərləndirə bilər.
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və Türkiyənin "Qalatasaray" klubları da hücumçu ilə maraqlansalar da, o, İstanbul təmsilçisinin təklifini rədd edib.
